Övladlığa verilən uşaqlar arasında sosial müəssisəyə geri qaytarılanı olmayıb

Övladlığa verilən uşaqlar arasında sosial müəssisəyə geri qaytarılanı olmayıb
# 16 iyun 2022 16:10 (UTC +04:00)

“2019-cu ilin 1 noyabr tarixinə qədər övladlığa verilən uşaqlar arasında yenidən sosial müəssisəyə geri qaytarılanı olurdu. İl ərzində təxminən 10-15 uşaq sosial müəssisəyə geri qaytarılırdı”.

Bu barədə Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, həmin tarixdən bu günə qədər isə belə hadisə olmayıb.

Bildirilib ki, ötən illərə nisbətdə övladlığagötürmə getdikcə artır.

Agentlik həmçinin qeyd edib ki, uşaqlar xarici vətəndaşlara da övladlığa verilə bilər:

“İndiyə kimi belə hal baş verməyib. Bununla bağlı müraciət var, ancaq uzun proses olduğu üçün hələ də davam edir. Uşaqlar müəyyən şərtlər çərçivəsində övladlığa verilir”.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR