Özünü binadan atan qadının və övladının vəziyyəti açıqlanıb

Özünü binadan atan qadının və övladının vəziyyəti açıqlanıb
# 22 iyul 2022 12:32 (UTC +04:00)

Özünü bir neçə gün əvvəl binadan atan qadının və övladının vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan ananın vəziyyəti hazırda stabil ağırdır. Uşaq isə ailənin istəyi ilə müalicəsini başqa tibb müəssisəsində davam etdirmək üçün köçürülüb.

Xatırladaq ki, Yasamal rayonunda 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb. Hadisə nəticəsində Sara Abbasova ölüb. Ana və onun digər övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qayınanası ilə kirayədə yaşayırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR