Parlamentdə sənədsiz evlərlə bağlı problem qaldırılıb

Parlamentdə sənədsiz evlərlə bağlı problem qaldırılıb
# 17 noyabr 2022 16:00 (UTC +04:00)

“Sənədsiz evlərin sayı çoxdur. Xüsusilə, paytaxtda belə evlər çoxluq təşkil edir".

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, bu problem Prezident İlham Əliyevin diqqət mərkəzindədir: “2011-ci ildə keçirilən müşavirədə Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə tapşırıq vermişdi. Həmin tarixdən etibarən hökumət tərəfindən bir sıra tədbirlər görülüb. 2015-2019-cu illərdə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. Həmin dəyişiklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Bu fəaliyyət davam etdirilməlidir. Hələ də sənədsiz evlər çoxdur. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesinə başlanılıb. Təəssüflər ki, bu proses 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən müəyyən ləngimələr olub. Ümid edirəm ki, bu proses davam etdiriləcək. Sənədsiz evlərin sənədləşdirilməsi bir çox problemlərin həllinə kömək edə bilər. Bu, daşınmaz əmlak bazarını canlandırar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR