​Peşə məktəblərində oxuyanların hərbi xidmətə çağırışı ilə bağlı məsələ müzakirə olunur 

Ceyhun Kərəmov

© APA | Ceyhun Kərəmov

# 25 may 2022 12:47 (UTC +04:00)

“Peşə təhsili müəssisələrində təhsil alanların hərbi xidmətə çağırışı ilə bağlı məsələ hələ də müzakirə olunur”.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov bildirib. C.Kərəmov deyib ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbi xidmətə çağırırlar: “Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər”.

Agentlik rəhbəri onu da deyib ki, bu gün peşə təhsil müəssisələrində bütün sahələr üzrə dərslər keçirilir. O, həmçinin bir neçə aydan sonra peşə təhsil müəssisələrini bitirənlər üçün, data bazası yaradılacağını, onların öz “CV”-lərini orada paylaşmaq imkanlarının olacağını deyib.

Onun sözlərinə görə, bu gün peşə təhsilinə ən çox özəl sektor qiymət verir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR