Proaktiv qaydada fərdi hesab açanların sayı açıqlanıb

Proaktiv qaydada fərdi hesab açanların sayı açıqlanıb
# 22 sentyabr 2022 12:06 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə cari ilin 8 ayında 13 804 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir. Fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.

Xidmət fəaliyyətə başlayandan 473000 sosial sığorta nömrəsi (SSN) verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR