Qaydaları pozan 15 nəfərin imtahan nəticələri ləğv olunub

Qaydaları pozan 15 nəfərin imtahan nəticələri ləğv olunub
# 23 aprel 2022 15:44 (UTC +04:00)

Aprelin 3-də keçirilən imtahanlarda iştirakı nəzərdə tutulan 26128 nəfərdən 2115 nəfər imtahana gəlməyib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Qeyd edək ki, aprelin 3-də aşağıdakı imtahanlar keçirilib:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR