Qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradılıb

Qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradılıb
# 24 iyun 2022 14:22 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs aktivlərlə təmin olunub.

Bu barədə APA-ya Nazirlikdən xəbər verilib. Bildirilib ki, özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin iştirakçılarına istehsal-xidmət sahələri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik bizneslərini yaradıblar.

Layihə üzrə bu il həssas qruplara aid artıq 3 minə yaxın şəxsə öz bizneslərini qurmaları üçün aktivlər verilib.

“Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR