Qida əlavələri üçün əmtəə nişanının tələb olunacağı müddət uzadılıb

Qida əlavələri üçün əmtəə nişanının tələb olunacağı müddət uzadılıb
# 28 aprel 2022 10:12 (UTC +04:00)

Bioloji fəallığa malik qida əlavələrinin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənədin tələb olunacağı müddət uzadılıb.

Bu barədə APA-ya Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

Bildirilib ki, BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənədin əldə olunmasında hal-hazırda qarşılaşdıqları müəyyən çətinliklərlər ilə əlaqədar, ərizəçilərin (fiziki və hüquqi şəxslər) “Analitik Ekspertiza Mərkəzi” PHŞ-nə olunan rəsmi və qeyri-rəsmi çoxsaylı müraciətləri nəzərə alaraq, BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası haqqında əlavə sənəd 01.05.2022-ci il tarixindən deyil, 01.09.2022-ci il tarixindən etibarən rəsmi şəkildə tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR