Qızıl təpədə maddi mədəniyyət qalıqları üzə çıxarılıb

Qızıl təpədə maddi mədəniyyət qalıqları üzə çıxarılıb
# 13 iyul 2022 10:08 (UTC +04:00)

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Abbas Seyidov İmişli rayonunun Qızılkənd kəndi yaxınlığında yerləşən orta əsr Qızıl təpə yaşayış yerində olub.

AMEA-dan APA-ya verilən xəbərə görə, arxeoloji ekspedisiyanın rəhbəri, t.ü.f.d., dosent Mikayıl Mustafayev Xl-Xlll əsrlərə aid qədim yaşayış yerində bu il aparılan arxeoloji qazıntılar haqqında baş direktora məlumat verib.

O bildirib ki, müasir yaşayış yerlərindən bir neçə km aralıda, düzənlikdə yerləşən abidədə bu il 80 kv.m. sahədə arxeoloji qazıntı işləri aparılıb və zəngin maddi mədəniyyət qalıqları üzə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR