Qubada 16 dərəcə şaxta qeydə alınıb

Qubada 16 dərəcə şaxta qeydə alınıb
# 11 yanvar 2023 10:51 (UTC +04:00)

Yanvarın10-u axşam saatlarından başlayaraq bütün şimal rayonlarına qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgədə ən çox yağıntı Xızı rayonun Altıağac qəsəbəsinə düşüb. Burda qarın hündürlüyü 31 santimetrə çatır.

Ən aşağı temperatur (-16 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 19 santimetr, Xaltanda 25, Təngəaltıda 25 və Qrız kəndlərində isə 1 santimetr olub. Qusarın Ləzə kəndində 9, Yasaqda 14, Xaçmazda 18, Şabranda isə 12 sm qalınlığında qar yağıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR