Qüdrət Həsənquliyev: Cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalıdır

Qüdrət Həsənquliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini

© APA | Qüdrət Həsənquliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini

# 11 noyabr 2022 12:37 (UTC +04:00)

Cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

“Həmin müəssisələrin yeri hərraca çıxarılıb satılsa, onun pulu ilə Bakının kənarında müasir standartlara cavab verən cəzaçəkmə müəssisələri tikmək olar. Bu, həm insan hüquqları məsələsinə uyğundur, həm də Azərbaycanın beynəlxalq imici məsələsidir”, - deputat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR