Radiotezlik zolaqlarının məhdudlaşdırılmasına görə istifadəçilərə kompensasiya ödənilməsi qaydası təsdiqlənəcək

Radiotezlik zolaqlarının məhdudlaşdırılmasına görə istifadəçilərə kompensasiya ödənilməsi qaydası təsdiqlənəcək
# 04 fevral 2023 15:00 (UTC +04:00)

Tədbirlər zamanı radiotezlik zolaqlarının məhdudlaşdırılmasına görə istifadəçilərə kompensasiyanın ödənilməsi qaydası təsdiqlənəcək. Nazirlər Kabineti üç ay müddətində beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə kompensasiyanın ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 3 ay müddətində radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi formasını da təsdiqləməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR