Ramiz Rzayev Strasburqda səfərdə olub

Ramiz Rzayev Strasburqda səfərdə olub
# 28 iyun 2022 11:45 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak edib.

Ali Məhkəmədən APA-ya verilən məlumata görə, seminarda “Pandemiya dövründə insan hüquqlarına qoyulan məhdudiyyətlər”ə, “Pandemiya zamanı dövlətlərin üzərinə düşən pozitiv öhdəliklər”ə, “Məhkəmələrdə icraat: yerli məhkəmələrin təcrübəsi”nə həsr olunmuş məruzələr dinlənilib, müzakirələr aparılıb. Seminardan sonra həmin gün axşam saatlarında təntənəli mərasim keçirilib.

Mərasimdə Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulun müraciəti dinlənilib.

Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç çıxış ediblər.

Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR