“Azərbaycanda kişilərin 47%-nin 65 yaşına çatmadan dünyasının dəyişdiyi bildirilir. Bu, yanlış rəqəmdir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2021-ci ilin statistikasını götürsək, ölkəmizdə 76 878 nəfər dünyasını dəyişib: “Onlardan 40 261 nəfər kişilər, 36 min 617 nəfəri qadınlardır. Dünyasını dəyişən kişilərin 18 min 922 nəfəri 65 yaşa qədər kişilər olub və bu da 47% təşkil edir. Vəfat edən 21 min 339 nəfər, yəni 53 faizi isə 65 yaşdan yuxarı kişilər olub. Yəni, 47% anlamına yalnız bu göstərici gəlir”.