Səhiyyə Nazirliyi topuq testi ilə bağlı valideynlərə müraciət edib

Səhiyyə Nazirliyi topuq testi ilə bağlı valideynlərə müraciət edib
# 03 iyun 2022 15:15 (UTC +04:00)

“Gərək yenidoğulmuşlardan topuq testinin götürülməsinə görə əhali ilə böyük iş aparılsın”.

APA xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Rüstəm Hüseynov bildirib.

Onun sözlərinə görə, bu test könüllüdür və çox məsləhətlidir: “Heç kim istəməz ki, sonradan hansısa xəstəlik aşkarlana və həkim deyə ki, artıq gecdir, müalicəsi yoxdur. Valideynlər özləri gərək bunu düşünsünlər. Biz artıq bir aya yaxındır bu testi götürürük. Valideynlərə məsləhət və tövsiyələrimizə baxmayaraq, övladına topuq testi etdirməyənlər olur. Başa düşmək lazımdır ki, topuq nahiyəsindən test götürməklə uşağı incitmirik, əziyyət vermirik. Valideynlər əsasən bundan qorxur. Topuq yuyulur, sterilizə edilir, sonradan oradan 1 damcı qanla xüsusi kağız üzərində 5 yerə vurulur. Bu test uşağın yeməyindən 3 saat sonra götürülür. Testi vaxtında doğulan uşaqların 3-cü sutkasında, vaxtından əvvəl doğulan uşaqların isə 7-ci sutkasında götürmək tövsiyə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR