Şirvanda xəstəxananın doğum şöbəsinin giriş qapısının bağlanmasına aydınlıq gətirilib

Şirvanda xəstəxananın doğum şöbəsinin giriş qapısının bağlanmasına aydınlıq gətirilib
# 18 aprel 2022 15:56 (UTC +04:00)

TƏBİB Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin giriş qapısının bağlanması ilə bağlı iddiaya münasibət bildirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Şirvan şəhər Mərkəzi Xəstəxanasında vətəndaşların rahat istifadəsi üçün 4 giriş-çıxış hissəsi mövcuddur.

“Onlardan ikisi eyni zamanda nəqliyyat vasitələri ilə gələn vətəndaşlar üçün nəzərdə tutulub. Vətəndaşlar öz nəqliyyat vasitəsilə xəstəxananın həyətinə daxil ola və geniş parklanma zolağından istifadə edə bilərlər. Qeyd edək ki, həmin giriş hissələri bir birindən 20 metr məsafədə, doğum evinə isə 50 metr uzaqlıqda yerləşir.

Bundan öncə doğum evinin giriş hissəsi kimi istifadə olunan yerin hasara alınması ilə bağlı sosial şəbəkələrdə səsləndirilən ittihamlar həqiqəti əks etdirmir. Doğum evinin giriş hissəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin kütləvi toplaşması, eyni zamanda girişə yaxın hissədə səyyar satış piştaxtalarının qurulması ilə bağlı daxil olan vətəndaş şikayətlərinə uyğun olaraq giriş hissənin fəaliyyəti dayandırılıb”, - açıqlamada deyilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR