Şıx çimərliyi ərazisindən dənizə tullantı sularının birbaşa axıdılması müşahidə edilmir

Şıx çimərliyi ərazisindən dənizə tullantı sularının birbaşa axıdılması müşahidə edilmir
# 02 sentyabr 2022 16:42 (UTC +04:00)

Bu gün artıq Şıx çimərliyi ərazisindən dənizə tullantı sularının birbaşa axıdılması müşahidə edilmir.

APA xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib.

Onun sözlərinə görə, ərazidə müvafiq təmizləmə qurğuları tikilib:

“Şıx çimərliyi ərazisində müvafiq sahil kollektorları tikilib. Eyni zamanda, çimərlik ərazisində olan iaşə obyektlərinin də fərdi təmizləmə qurğuları var. Bu da dənizə birbaşa tullantı sularının axıdılmasının qarşısını tamamilə almaq deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR