Şöbə müdiri: “Elektron qəbul yalnız dövlət bağçalarına aiddir”

Şöbə müdiri: “Elektron qəbul yalnız dövlət bağçalarına aiddir”
# 07 iyun 2022 16:29 (UTC +04:00)

Elektron qəbul vasitəsilə qeydiyyat prosesi yalnız dövlət məktəbəqədər təhsil müəssisələrinə aiddir.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, özəl məktəbəqədər təhsil müəssisəsinə qəbul onların öz qaydalarına müvafiq aparılır.

Şöbə müdiri deyib ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi qəbulu da müəllimlərin işə qəbulu sistemi ilə aparılacaq:

"Mövcud qanunvericiliyə görə ali təhsilli ibtidai sinif müəllimi də bağçada işləyə bilər. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat zamanı valideyn yalnız bir bağça seçə bilər. Eyni zamanda tərbiyəçinin seçilməsi də sistem tərəfindən həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR