Şöbə müdiri: "Əlillik sənədində əmək qabiliyyətsiz yazılanlar həmin ifadəni dəyişdirə bilər"

Şöbə müdiri: "Əlillik sənədində əmək qabiliyyətsiz yazılanlar həmin ifadəni dəyişdirə bilər"
# 27 may 2022 12:45 (UTC +04:00)

"Kimin əlillik sənədində əmək qabiliyyətsiz yazılıbsa və bu səbəbdən işə düzəlməkdə çətinlik çəkirsə, bizə müraciət edərək, həmin ifadənin dəyişdirilməsinə nail ola bilərlər".

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.

O bildirib ki, bu, çox əvvəllər yazılan ifadə idi:

"Uzun müddətdir TSEK-lərə tapşırılıb ki, əmək qabiliyyətsiz anlayışı ən ağır xəstələrə, xüsusən psixiatrik xəstəliyi olan şəxslərə yazılsın. Artıq bizə bununla bağlı müraciət edənlər var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR