Bank Of Baku

Sumqayıtda mülki müdafiə məşqi keçirilib

Sumqayıtda mülki müdafiə məşqi keçirilib
# 17 avqust 2023 19:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Mərkəzin 2023-cü tədris ili üçün Hazırlıq planına müvafiq olaraq “ALCO” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, məşqdə FHN-in Sumqayıt Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, “ALCO” MMC-in rəhbər heyəti, Mülki müdafiə qərargahının rəisi və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.

Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR