Paşha Bank
Bank Of Baku

Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır

Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
# 08 noyabr 2026 19:19 (UTC +04:00)

Polşa prokurorluğu Krakov şəhərində 6 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumla bağlı terrorçuluq maddəsi üzrə istintaqa başlayıb.

APA ABC News-a istinadən xəbər verir ki, bu barədə Krakov prokurorluğunun nümayəndəsi Tomaş Vaşçuk məlumat verib.

Onun sözlərinə görə, ilkin araşdırmalar hücumun terror motivli olduğunu göstərir.

Polşanın daxili işlər naziri Marçin Kervinski bildirib ki, hücumu törətməkdə şübhəli bilinən 24 yaşlı şəxs radikal sağçı ideologiyaların təsiri altında ola bilər.

Məlumata görə, noyabrın 7-də Krakovun mərkəzi meydanında avtomobildən insanlara atəş açılması nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Ölənlər arasında Böyük Britaniya vətəndaşı da var.

Polis əməkdaşları ilə atışma zamanı yaralanan şübhəli xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Bundan başqa, şübhəlinin ailə evində atasının, anasının və bacısının meyitləri aşkarlanıb. İstintaq həmin şəxslərin də şübhəli tərəfindən öldürülüb-öldürülmədiyini araşdırır.

Prokurorluq Krakovdakı 6 qətl hadisəsi üzrə ittihamların hazırlanmasına başlayıb. Şübhəlinin ailə üzvlərinin ölümündə də əli olduğu müəyyənləşərsə, ittihamların sayı arta bilər.

Hadisə ilə əlaqədar Polşada iki günlük milli matəm elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR