TƏBİB: Koronavirusla əlaqədar vəziyyət hazırda tam stabildir

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 26 yanvar 2023 12:12 (UTC +04:00)

"Ölkəmizdə koronavirusla əlaqədar vəziyyət hazırda tam stabildir. Yoluxma saylarında ciddi yüksəlmələr müşahidə olunmur".

APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

O, bəzən ölüm sayının çox olmasına da aydınlıq gətirib:

"Ölüm sayları ilə bağlı onu deyə bilərəm ki, bugünkü yoluxma sayları ilə ölüm sayları bir-biri ilə əlaqəli proses deyil. Bütün vəfat halları araşdırılır. Amma bu, ölən şəxsin həmin gün yoluxan insan olduğu demək deyil. Bəzi xəstələrimiz uzun müddət xəstəlikdən əziyyət çəkir, hansısa xroniki xəstəliyi olan şəxslər olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR