Təhsil müəssisələrində 20 Yanvarla bağlı xüsusi dərslər keçiləcək

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 17 yanvar 2022 15:15 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrə əsasən, yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Əmrdə həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirlərin, konfransların, seminarların, kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkil edilməsi tapşırılıb.

Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR