TN: İstedadlı şagirdlər üçün bütün siniflər üzrə yerdəyişmə mümkün deyil

TN: İstedadlı şagirdlər üçün bütün siniflər üzrə yerdəyişmə mümkün deyil
# 05 may 2022 11:38 (UTC +04:00)

"İstedadlı şagirdlərin sinifdən-sinfə keçirilməsi mümkündür".

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, proses müvafiq qaydalar əsasında aparılır:

"Ancaq şagirdlər sadəcə təhsil pillələrinin sonunda birbaşa digər sinfə keçirilə bilər. III sinfi oxumadan birbaşa IV-ə, VIII sinfi oxumadan birbaşa IX-a, X sinfi oxumadan birbaşa XI sinfə keçmək olar. Yəni, bütün siniflər üzrə yerdəyişmə mümkün deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR