Toylara icazə verilməsi tələbi ləğv edilir

Toylara icazə verilməsi tələbi ləğv edilir
# 20 iyun 2022 20:45 (UTC +04:00)

Azərbaycanda şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi ləğv edilir.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, müəyyən edilib ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR