“TURKOVAC” vakisinin kütləvi istehsalına başlanılıb

“TURKOVAC” vakisinin kütləvi istehsalına başlanılıb
# 23 dekabr 2021 13:48 (UTC +04:00)

Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndin kütləvi istehsalına başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Qurumları Təşkilatı (TÜSEB) məlumat yayıb.

Bildirilib ki, bu, TÜSEB-in dəstəyilə hazırlanan “TURKOVAC”-ın ilk kütləvi istehsalı olacaq.

Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən çıxışı zamanı “TURKOVAC” peyvəndinin Şanlıurfada və İstanbulda yerləşən mərkəzlərdə kütləvi istehsal ediləcəyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR