Ucarda 134 kq yararsız ət aşkar olunub

Ucarda 134 kq yararsız ət aşkar olunub
# 23 dekabr 2021 15:09 (UTC +04:00)

Daxil olan məlumat əsasında Ucar rayonunda Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Rzayev Elzamin Niyazi oğluna məxsus 20 EF 816 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerinə baxış keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində açıq halda 4 hissəyə bölünmüş, mənşəyi məlum olmayan, ümümi çəkisi 134 kq möhürsüz ət aşkarlanıb.

Orqanoleptik baxış zamanı istehlaka yararsız olmasına əsaslı şübhələr yaranmış ətdən nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Ümumi çəkisi 129 kq ət isə möhürlənərək saxlanca qoyulub.

Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR