"Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” mövzusunda konfrans keçirilib - FOTO

"Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” mövzusunda  konfrans keçirilib - FOTO
# 01 iyun 2023 11:31 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfrans keçirib.

APA xəbər verir ki, konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, millət vəkilləri və QHT rəhbərləri uşaqların yol qəzalarının qurbanı olmasına diqqəti çəkib, yol hərəkətinin iştirakçıları olan uşaqların təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb, bunun üçün görülməsi vacib olan təbdirlər barədə danışıblar.

Konfransda həmçinin uşaqların hüquqlarının qorunması zərurətindən irəli gələn yol hərəkəti təhlükəsizliyi ilə bağlı təşkilatçı qurumların dəstəyi ilə keçirilən kampaniyaya yekun vurulub.

Kampaniya çərçivəsində paytaxtda 500-dən artıq uşaq və valideynlərlə maarifləndirmə işi aparılıb, təbliğat xarakterli materiallar və hədiyyələr təqdim edilib. Təşkilatçılar bu sahədə maarifləndirmə işlərinin daha da yaxşılaşdırılması üçün görülən və görüləcək işlər barədə hesabat xarakterli çıxışlar ediblər.

Çıxışlarda 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunulub, azyaşlı və yeniyetmələrin yol qəzalarının qurbanı olmaması üçün görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR