Uşaqlara cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunanlar üçün məhdudiyyət müəyyənləşib

Uşaqlara cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunanlar üçün məhdudiyyət müəyyənləşib
# 01 fevral 2023 17:30 (UTC +04:00)

Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər müəyyənləşir.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə əlavə edilən yeni 17-1 maddəsində əksini tapıb.

Yeni maddəyə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR