Uşaqlarda onurğa probleminin hansı yaşda müşahidə edildiyi açıqlanıb

Uşaqlarda onurğa probleminin hansı yaşda müşahidə edildiyi açıqlanıb
# 11 may 2022 15:12 (UTC +04:00)

“Uşaqlarda onurğa problemi 8-13 yaşlarda müşahidə edilir”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşirov deyib.

O bildirib ki, qız uşaqlarında 8, 9, 10, oğlan uşaqlarında isı 10, 11, 12 yaşlarında sümüklərdə böyümə getdiyi üçün əsasən bu yaşlarda əyilmələr (skalioz, kifoz) yarana bilir: “Uşaqlarda korset istifadəsi isə mütləq həkimin tövsiyəsi ilə olmalıdır. Korset bütün hallarda müalicə metodu deyil. Ola bilər ki, çanaqda əyrilik olsun və bu zaman artıq korset kömək etmir. Üzgüçülük və masaj ilə müalicədə də yanaşma bu cürdür. Müalicə kompleks aparılmlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR