Videokonfransla qapalı məhkəmə iclasının aparılmayacağı hallar müəyyənləşir

Videokonfransla qapalı məhkəmə iclasının aparılmayacağı hallar müəyyənləşir
# 01 dekabr 2022 17:39 (UTC +04:00)

Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyən hallar müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu hallara dövlət, peşə, kommersiya sirri, şəxsi və ailə həyatı, yetkinlik yaşına çatmayan şəxslər, demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi, övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirri, şəxsi və ailə hәyatının intim məsələləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR