Vüsal Qasımlı: “Prezidentin imzaladığı inqilabi sosial paket 2 milyon nəfərədək insanı əhatə edir”

Vüsal Qasımlı: “Prezidentin imzaladığı inqilabi sosial paket 2 milyon nəfərədək insanı əhatə edir”
  • Clock-gray 11:28
  • calendar-gray 19 İyun 2019

“Sentyabrın 1-dən maaş artımları üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq”.

APA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari il ərzində aylıq minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb: “Bu sahədə il ərzində iki dəfə artım olub. Ölkə Prezidentinin imzaladığı inqilabi sosial paket 2 milyona qədər insanı əhatə edir. Bunun maliyyə tutumu isə 1 milyard manata yaxındır. Bu da sosial vəziyyətin daha da yaxşılaşdırılması deməkdir”.

 

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date