Xaricdə ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşir.
APA-nın məlumatına görə, bununla bağlı Ailə Məcəlləsinə yeni - 195.2-ci maddə əlavə olunur.
Beləliklə, Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Xaricdə ölən Azərbaycan vətəndaşının qeydiyyatı proseduru müəyyənləşir
20 dekabr 2021 17:03 (UTC +04:00)
Sosial
UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan"
12:01
26 aprel 2024
Sığortaedənlərin sayı 0,74% artıb
10:53
26 aprel 2024
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hesabat hazırlaması təklif edilir
10:26
26 aprel 2024
NİİM piyadalara müraciət edib - VİDEO
10:01
26 aprel 2024