Xaricdə təhsil alanların hansı halda Dövlət Proqramından kənarlaşdırılacağı açıqlanıb

Turan Topalova

© APA | Turan Topalova

# 09 sentyabr 2022 10:59 (UTC +04:00)

Xaricdə dövlət proqramı çərçivəsində təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı açıqlanıb.

APA xəbər verir ki, bu barədə "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

O bildirib ki, proqram boyunca tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq həyata keçirilir: "Monitorinq elmi rəhbərin rəyi əsasında yekunlaşır. Əgər rəy müsbət deyilsə, o, proqramdan uzaqlaşdırılmır, lakin bir illik ödənişi dayandırılır. Belə hal ikinci dəfə təkrar olarsa, həmin şəxs proqramdan kənarlaşdırılır. Lakin sevindirici hal odur ki, bu vaxta qədər belə bir təcrübə yaşanmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR