Xəzərdə balıq populyasiyasının azalmasının səbəbi açıqlanıb

Xəzərdə balıq populyasiyasının azalmasının səbəbi açıqlanıb
# 05 iyul 2022 13:20 (UTC +04:00)

Araşdırmalar göstərir ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidməti rəisi Mehman Axundov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, sözügedən anomal istilik Xəzər regionunda biomüxtəifliliyin azalmasına səbəb olur:

“Bununla əlaqədar olaraq, biz balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR