Yanvar-iyunda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Yanvar-iyunda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb
# 12 avqust 2022 11:30 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28785 nikah və 7531 boşanma halları qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunub.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR