ABC – Azərbaycanın ilk tam akkreditasiya olunmuş beynəlxalq məktəbi

ABC – Azərbaycanın ilk tam akkreditasiya olunmuş beynəlxalq məktəbi
# 02 fevral 2021 18:12 (UTC +04:00)

“Azerbaijan British College” (ABC) Britaniya Beynəlxalq Məktəblər Şurasının (COBİS) Azərbaycanda tam üzvlük hüququna layiq görülmüş yeganə məktəbdir. ABC Azərbaycanda və Xəzər sahili ölkələrində bu hüququ qazanan yeganə məktəb olmaqla yanaşı, Beynəlxalq Məktəblər Şurası (CIS) tərəfindən də tam akkreditasiya olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, bütün “Azerbaijan British College” Təhsil Kompleksi icması üçün qürürverici bir hadisədir.

Məlumata görə, ABC CIS-in bütün standartlarına cavab vermək üçün akkreditasiya prosesinə 2018-ci ildən hazırlaşmış və ən yaxşı təhsil təcrübəsini təqdim etmək üçün CIS-lə birlikdə çalışıb. İki il ərzində məktəb özünüqiymətləndirmə üzərində çalışıb və tədrisi, eləcə də məktəb sisteminin keyfiyyətini artırmaq üçün akkreditasiya öncəsi müxtəlif yoxlamalar keçirilib. Bu prosesin yekunu olaraq ötən ilin sonlarında CIS-in 5 rəsmi şəxsi tərəfindən ABC-nin yekun qiymətləndirilməsi aparılıb. Onlar bir həftə ərzində dərsləri müşahidə edib, heyət üzləri, valideyn qrupları, İdarə Heyətinin üzləri və şagirdlərlə söhbət aparıblar. CIS Məktəb Dəstək Qrupu və Qiymətləndirmə Xidməti onların qeydlərini CIS-in baş ofisinə göndərib.

CIS 02.02.2021-ci il tarixində məktəbin direktoru Kalr Landerlə (Carl Lander) əlaqə saxlayıb ABC-nin CIS tərəfindən tam akkreditasiya aldığını bildirib. Kris Durbin (Chris Durbin), Beynəlxalq Akkreditasiyanın direktoru öz şərhində bildirib ki, inkişaf etdirməli olduğumuz sahələr çoxdur, lakin bunlar məktəbin hazırkı nailiyyətlərlə müqayisədə daha azdır. Məktəbin direktoru cənab K. Lander qeyd edib ki, “ABC-nin inkişafından çox məmnundur. COBIS üzvlüyü, indi isə CIS akkreditasiyasına layiq görülməyimiz göstərdi ki, ABC Beynəlxalq qurumlar tərəfindən təhsildə dünya səviyyəli standartlar təqdim edən bir məktəb kimi tanınıb”.

O bildirib ki, “bu bizim Azərbaycan kurikulumuna sadiq olmaqla yanaşı ABC-nin beynəlxalq təhsil standartları səviyyəsinə çatdırılması üçün Azərbaycanın aparıcı bir qurumuna çevrilməsi yolunda ilk addımımızdır. Bu uğur komanda işini təmsil edir və müəllim heyəti, eləcə də inzibati heyətin eyni məqsəd üçün çalışmasını göstərir”.

ABC-nin Baş meneceri Ələkbər Ələkbərov qeyd edib ki, bütün heyət üzvləri yerinə yetirdiyi işin vacibliyini başa düşür. Görkəmli bir məktəb olmaq üçün işçi heyətinin hər bir üzvü öz funksiyasını dəqiq yerinə yetirməlidir.

Məktəb “Sync 24” adlanan yeni layihəyə başlayıb. Bu layihə qısa müddətdə güclü reaksiya doğurdu, sosial mediada paylaşılan videolar rezonans yaratdı və tezliklə bu layihə haqqında ətraflı məlumat veriləcəkdir. Sync 24, məktəbin inkişaf prioritetlərini müəyyənləşdirmək, önümüzdəki 3 il üçün strateji inkişaf planı qurmaq məqsədilə valideynlərin və daha sonra bütün icmanın birlikdə çalışması ideyasını təmsil edir. Hazırda maraqlı bir dövrdə yaşayırıq. Mövcud COVID pandemiyası uşaqların təhsil almasını çətinləşdirsə də, ABC-nin Azərbaycanda Britaniya və Beynəlxalq Təhsil üçün seçilən öncül məktəb olduğunu göstərməyi bacarmışıq. Bu da, zənnimcə, mühüm nailiyyətdir.

ABC – Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və SOCAR tərəfindən maliyyələşən və gəliri olmayan məktəbdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR