AMEA işğaldan azad olunmuş ərazilərlə bağlı fəaliyyət proqramı hazırlayıb

AMEA işğaldan azad olunmuş ərazilərlə bağlı fəaliyyət proqramı hazırlayıb
# 18 yanvar 2021 17:05 (UTC +04:00)

“Qarabağla, işğaldan azad olunmuş ərazilərlə bağlı fəaliyyət proqramı hazırdır”.

Bunu APA-ya açıqlamasında AMEA-nın akademik-katibi Adil Qəribov deyib. O bildirib ki, Tədbirlər planı qəbul olunub: “Yəqin ki, yaxın günlərdə AMEA prezidenti ölkə rəhbərinə tədbirlər planını təqdim edəcək. Burada genişmiqyaslı işlər nəzərdə tutulur. Bunlar tarixi, milli, ədəbi irsimizin tədqiqi, dəyişdirilmiş vəziyyəti, ondan əvvəlki səviyyəyə gətiriləcək işlərdir. Akademiya Qarabağla bağlı istər ekoloji, istər dini, istərsə də iqtisadi və yeraltı faydalı qazıntıların istifadə olunması məsələlərində iştirak edir".

A.Qəribov qeyd edib ki, bunlar kompleks tədbirlərdir və cəmi 15 bənddən ibarətdir: "Proqram işğaldan azad olunmuş torpaqlara vurulmuş ziyanı keçmiş və indiki vəziyyəti ilə müqayisəli şəkildə araşdıracaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR