ANAMA İdarə Heyəti sədrinin müavini kollektivə təqdim olunub

ANAMA İdarə Heyəti sədrinin müavini kollektivə təqdim olunub
# 19 mart 2021 13:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov kollektivə təqdim olunub.

Bu barədə APA-ya ANAMA-dan bildirilib.

Məlumata görə, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Samir Poladovu kollektivə təqdim edib.

Qeyd edək ki, bu il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Samir Poladov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR