AQTA: Qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əllər, mətbəx mebeli və digər səthlər yuyulmalıdır

AQTA: Qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əllər, mətbəx mebeli və digər səthlər yuyulmalıdır
# 09 aprel 2020 10:30 (UTC +04:00)

"COVİD-19"dan qorunmaq üçün alış-verişdən sonra təmizliyə diqqət etmək lazımdır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı təlimatda bildirib.

Qeyd edilib ki, alınan qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əlləri, mətbəx mebelini və digər səthləri yumaq lazımdır.

Bundan əlavə, su keçirməyən materiallarla qablaşdırılmış qida məhsulları sabunlu su ilə yuyulub durulandıqdan sonra soyuducuya yerləşdirilməlidir.

Sərt qabıqlı meyvələri fırça və ya əl ilə axar ilıq su altında, göyərtiləri ilə duzlu-sirkəli məhlulda 10-15 dəqiqə saxladıqdan sonra yuyub istifadə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR