Adil Allahverdiyev: "İnsanların bəzisi xəstəliyi yüngül, bəzisi ağır keçirir. Vaksinin təsiri də belə olacaq"

Adil Allahverdiyev: "İnsanların bəzisi xəstəliyi yüngül, bəzisi ağır keçirir. Vaksinin təsiri də belə olacaq"
# 15 dekabr 2020 16:11 (UTC +04:00)

“Bəzi insanlar koronavirusa yenidən yoluxur. Bu immun sisteminin verdiyi cavabla bağlıdır”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

A. Allahverdiyev bildirib ki, vaksinlər də belə olacaq: “İnsanların bəzisi xəstəliyi yüngül, bəzisi ağır keçirir. Vaksinin təsiri də belə olacaq. Vaksin tətbiq zamanı bəzi şəxslərdə immun sistemi aktivləşməyə də bilər. Bu da mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR