Agentlik: Övladlığa götürmə prosesində uşaqların mənafəyi nəzərə alınmalıdır

Agentlik: Övladlığa götürmə prosesində uşaqların mənafəyi nəzərə alınmalıdır
# 23 sentyabr 2020 11:56 (UTC +04:00)

"Övladlığa götürülmə prosesi 1 ilə yekunlaşır".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, bu proses 6 aydan 1 ilə qədər davam edir: “Övladlığa götürmə prosesində uşaqların istəkləri, mənafəyi nəzərə alınmalıdır. Valideynlər sonradan peşman olacaqları addımları atmasınlar. Çünki övladlığa götürmədən sonra gələn depressiya elədir ki, əgər vaxtında idarə olunmasa, valideynlər vicdan əzabı çəkirlər, qorxurlar. Bu zaman depressiya arzuolunmaz səviyyəyə çata bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR