Agentlik: Peşə təhsili üzrə qiymətləndirmədə güzəşt nəzərdə tutulmayıb

Agentlik: Peşə təhsili üzrə qiymətləndirmədə güzəşt nəzərdə tutulmayıb
# 16 fevral 2021 11:39 (UTC +04:00)

“Peşə təhsili müəssisələrində təhsilverənlərin əsas amalı təhsil planlarında olan əsas səriştələrin tələbələrə çatdırılmasıdır”.

APA-nın məlumatına görə, bunu “Pandemiya dövründə peşə təhsili” mövzusuna həsr olunan vebinarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Zaur Əliyev bildirib. O qeyd edib ki, müəyyən səriştələrin çatdırılması ilə bağlı distant təhsildə müəyyən çətinlik olur: “Amma əyani tədris bərpa olunur, əyani tədrislə yanaşı distant təhsilin də davam etməsi tədrisi daha da dərinləşdirəcək. Qiymətləndirməyə gəldikdə isə, müəyyən təlimatlandırma aparılıb, amma güzəştlərin olması nəzərdə tutulmayıb. Çalışacağıq ki, distant tədris müddətində çatışmayanları əyani tədris dövründə çatdıraq. İmtahanlarda forma olaraq müəyyən qədər dəyişiklik olub. Yekun buraxılış imtahanları qarşıdakı aylarda, iyunda nəzərdə tutulub. Ümid edirik ki, əyani dərslərin bərpası ilə distant formada olan müəyyən çatışmazlıqları aradan qaldıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR