Bank Of Baku

Agentlik sədri: “Azərbaycanda koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb”

Agentlik sədri: “Azərbaycanda koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb”
# 06 may 2020 18:41 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyətini açıqlayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən Agentlik sədri qeyd edib ki, bu günə qədər ölkədə koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb:

“Onlar müəyyən müddətdən sonra test nəticələri 2 dəfə neqativ olduğu halda həkim nəzarəti altında evə buraxılırlar”. 

Qeyd edək ki, Azərbaycanda ümumilikdə virusa yoluxanların 5%-i 0-9 yaş, 6%-i 10-19 yaş arası olan şəxslərdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR