Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında da ictimai nəqliyyat həftəsonları işləməyəcək

Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında da ictimai nəqliyyat həftəsonları işləməyəcək
# 23 oktyabr 2020 17:33 (UTC +04:00)

Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında həftəsonu ictimai nəqliyyatın hərəkəti dayandırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında da 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR