Alternativ enerji sahəsində elektrik enerjisinin alqı-satqısına dair müqavilələr fərqli formada bağlanılacaq

Alternativ enerji sahəsində elektrik enerjisinin alqı-satqısına dair müqavilələr fərqli formada bağlanılacaq
# 01 aprel 2021 16:42 (UTC +04:00)

Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsinin səbəblərinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, izahda bildirilib ki, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi və bu sahədə Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələrdə fərqli müddəaları nəzərə alaraq, bundan sonra alternativ və bərpa olunan enerji sahəsində elektrik enerjisinin alqı-satqısına dair müqavilələr Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmaqla, fərqli formada bağlanıla bilər.

Bu zaman şəbəkəyə qoşulmaya dair texniki şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur, eyni zamanda şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR