Amerika Ticarət Palatasının üzvləri üçün növbəti görüş keçirilib

Amerika Ticarət Palatasının üzvləri üçün növbəti görüş keçirilib
# 29 yanvar 2020 13:50 (UTC +04:00)

Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri üçün növbəti görüş təşkil edilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev AmCham Azərbaycan üzvləri üçün təşkil olunan növbəti görüşdə iştirak edib. Ülvi Mehdiyev "ASAN Xidmət"in fəaliyyəti və gələcək planları barədə məlumat verib.

Agentlik sədrinin sözlərinə görə, "ASAN xidmət" mərkəzlərinə olunan ümumi müraciətlərin sayı 35 milyondan çox olub ki, bu da təqribən 6 milyondan çox unikal şəxs deməkdir.

Sonra iştirakçıların suallar və müraciətləri cavablandırılıb. AmCham-ın 100-ə yaxın üzvünün və tərəfdaşının, o cümlədən diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar edilib.

Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur. Burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye Assosiasiyasıdır. 1996-cı yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR