Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub

Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub
  • Clock-gray 13:27
  • calendar-gray 27 Fevral 2021

Bütün dünyada Xocalı soyqırımı qurbanlarının anım tədbirləri davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, həmvətənlərimiz Almaniyanın Helzenkirxen, Köln, Berlin və digər şəhərlərində fəaliyyət göstərən məscidlərə gedərək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilib və 1992-ci ilin 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşiliklər pislənilib, insanlığa qarşı cinayət adlandırlıb.   

Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən həmvətənlərimiz faciə qurbanlarının ruhuna dualar oxuyub.

Əsmər Qabil

Digər xəbərlər