Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb - FOTO

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb  - FOTO
# 31 yanvar 2021 16:11 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hazırda ərazidə 1000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.

Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr Azərbaycan tərəfi ilə bağlı deyil.

Qeyd olunub ki, gün ərzində 200-220 maşın Rusiyaya keçir. Əgər qarşı tərəf bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR