Azərbaycan-Türkiyə Pediatrik Xəstəliklərin Menecmentinə dair beynəlxalq konfrans keçirilir

Azərbaycan-Türkiyə Pediatrik Xəstəliklərin Menecmentinə dair beynəlxalq konfrans keçirilir
# 22 fevral 2020 11:33 (UTC +04:00)

Bakıda Azərbaycan-Türkiyə Pediatrik Xəstəliklərin Menecmentinə dair beynəlxalq konfrans keçirilir.

Konfransla bağlı APA-ya açıqlama verən Beynəlxalq Sağlamlıq və Gözəllik Akademiyasının (İHBA) baş direktoru və təsisçisi Bəxtiyar Yarəliyev bildirib ki, tədbir İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Onun sözlərinə görə, konfrans Azərbaycan Səhiyyə Nazirliyinin elmi şurası tərərəfindən akkreditasiya olunub və həkimlərə 8 kredit balı təqdim ediləcək. Konfransda həm Türkiyədən, həm də Azərbaycandan olan spikerlər pediatriyaya aid olan qastroentoloji, uroloji, nevroloji, neonotoloji, allergik xəstəliklərə aid mövzularda çıxış edəcəklər: "Ümid edirəm ki, bugünkü konfransımız pediatriya sahəsində çalışan həkimlər üçün kifayət qədər faydalı olacaq. Əsas məqsədimiz beynəlxalq təcrübə ilə yerli təcrübənin mübadiləsidir".

B.Yarəliyev bildirib ki, beynəlxlaq konfrasında 500-ə yaxın pediatr iştirak edir: "Türkiyədən 4 professor olmaqla bu sahə üzrə çalışan 15 qonaq iştirak edir. Bu bizim üçüncü beynəxalq konfransımızdır, bundan sonra da davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR